ABŞ daha 5 nəfərə sanksiya tətbiq etdi - Yeni adlar

img

02-02-2016 [11:39]


ABŞ daha 5 nəfəri "Magnitski” siyahısına daxil edib. Bu siyahıya düşənlər rusiyalı vəkil Sergey Magnitskinin ölümü ilə bağlı insan haqları pozucuları sayılır və onlara sanksiyalar tətbiq olunur.

ABŞ Maliyyə Departamenti fevralın 1-də əlavə adlar açıqlayıb. 

Bununla da Konqresin 2012-ci ildə qəbul etdiyi qanun 39 nəfəri əhatələmiş olur.

Bu şəxslərdən çoxu ya Magnitskinin aşkarladığı vergi saxtakarlığına, yaxud vəkilin öldüyü həbsxanaya hansısa formada bağlıdır.

Fevralın 1-də əlavə olunan şəxslər sırasında daxili işlər nazirinin müavini də var.

Rusiya daha öncəki reaksiyalara qəzəbli reaksiya verib və ABŞ rəsmilərinin oxşar siyahısını hazırlayıb. Kreml həmin şəxslərin insan haqları pozuntularına yol verdiyini bildirir ("Azadlıq" radiosu).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA