Türkiyə ilə Rusiya arasında gərginlik yenidən artir - Davudoğlundan Rusiyaya xəbərdarlıq

img

31-01-2016 [21:30]


"Rusiya bütün ölkələrin sərhədlərinə hörmət göstərmək məcburiyyətindədir".

Bunu Türkiyə Baş naziri Əhməd Davudoğlu jurnalistlərə deyib.

"Dünən günorta saatlarında Rusiya qırıcısı sərhədlərimizi pozdu. Məlumatlar gəldikdən sonra prezidentlə müşavirə keçirdik. Rusiya səfiri məsələ ilə əlaqədar XİN-ə çağırıldı. Rusiyanın sərhədlərimizi pozmasını gizlətməsi mümkün deyil. Rusiya Suriyada müxalifləri bombalayır. Rusiyaya növbəti dəfə xəbərdarlıq edirəm. Rusiyanın davranışları öz mənfəətinə deyil. Rusiya bütün ölkələrin sərhədlərinə hörmət göstərmək məcburiyyətindədir", - Davudoğlu bildirib(Axar.az).

Qeyd edək ki, dünən günorta saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə aid Su-34 təyyarəsi Türkiyənin hava sərhədini pozub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA