NATO-nun baş katibindən Rusiyaya xəbərdarlıq: "Bir daha təkrarlanmasın!"

img

31-01-2016 [13:52]


NATO baş katibi Yens Stoltenberq Türkiyənin hava məkanını pozduğuna görə Rusiyaya xəbərdarlıq edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, baş katib Moskvanı NATO-nun hava məkanına hörmətlə yanaşmağa çağırıb: «Rusiya bu halın bir daha təkrarlanmaması üçün bütün zəruri addımları atmalıdır».

Stoltenberq alyansın müttfiqlərinin ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb.

Xatırladaq ki, Rusiyaya məxsus "SU-34" təyyarəsi dünən Türkiyənin hava məkanına müdaxilə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA