Ermənistan Madrid prinsiplərinin yenilənmiz variantına dair təkliflərini təqdim edib

img

02-03-2010 [03:08]


Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Madrid prinsiplərinin yenilənmiş variantına dair təkliflərini vasitəçilərə təqdim edib. Bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İrəvanda səfərdə olan Avropa Birliyinə sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinosla keçirdiyi birgə mətbuat konfransında məlumat verib. "Bu işgüzar prosesdir və tərəflər öz təkliflərini təqdim ediblər. Mövqelər yaxınlaşana, fikir ayrılıqları aradan qaldırılana qədər bu proses davam edəcək. Burada qeyri-adi heç nə yoxdur?, deyə Nalbandyan əlavə edib. Xatırladaq ki, yanvarın 15-də Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Soçidə keçirilən görüş zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri Madrid prinsiplərinin yenilənmiş variantını tərəflərə təqdim ediblər. Tər4əflər iki həftə ərzində bu variantla bağlı öz təkliflərini və iradlarını bildirməli idilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA