izmirdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

img

27-02-2010 [07:19]


Türkiyənin İzmir şəhərində təhsil alan Azərbaycanlı tələbələr, Azərbaycan Mədəniyyət evi və Həmrəylik Cəmiyyəti Xocalı soyqırımının 18-ci ildönümü münasibətilə tədbir həyata keçirib. Tədbir İzmirin mərkəzində yerləşən ?Konak? meydanında baş tutub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Türkiyədə təhsil alan azərbaycanlı gənc Elmir Səfərli məlumat verib. Onun sözlərinə görə, tədbir iştirakçılar və mətbuat nümayəndələri üçün Xocalı barədə həqiqətləri ilə bağlı məlumat verməklə başlayıb. Daha sonra Azərbaycan Təhsil Nazirliyinin İzmir təmsilçisi Cavid Əliyev, Azərbaycan Mədəniyyət Evi və Həmrəylik Cəmiyyətinin sədri Turqut Arat, Türk Dünyası Qadınlar Birliyinin İzmir şöbəsini müdiri Sədi Bilgə Karaman və Türk Ocakları İzmir şöbəsi başçısı Vəli Öztürk söz alaraq Xocalı faciəsi ilə bağlı öz fikirlərini söyləyiblər. Onlar çıxışlarında Xocalı faciəsini heç bir zaman unutmayacaqlarını və unutdurmayacaqlarını, bu soyqırımı daim anacaqlarını bildiriblər. Tədbirdə Türkiyəli vətəndaşlarla yanaşı Fransa, Almaniya, Kosovo, Serbiya və digər ölkənin nümayəndələri, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Xocalı faciəsinin dəhşətlərini əks etdirən foto sərgi təşkil edilib. Sərgidə nümayiş etdirilən şəkillərə görən edən Türkiyə və digər ölkə vətəndaşları ermənilər tərəfindən törədilən vəhşilikləri gördükcə öz hislərini dilə gətirib və bunun dünya səviyyəsində soyqırım kimi tanınmasının vacibliyini xüsusi ilə qeyd ediblər. Eyni zamanda, tədbirdə soyqırım haqqında məlumat və fotolar yer alan braşurlar paylanıb. Daha sonra isə əhali tərəfindən Türkiyənin Baş Nazirinə, Türkiyə Böyük Milli Məclisinə, Avropa Parlamentinə ünvanlanan ?Xocalıya Ədalət? İmza kampaniyasına start verilib. Kampaniya vasitəsilə insanlar Xocali faciəsinin bütün Türkiyədə və eləcə də bütün dünyada soyqırım kimi tanınmasını və bir milyona yaxın azərbaycanlının təhlükəsiz bir şəkildə doğma torpaqlarına dönməsinin təmin olunmasını tələb edir. Tədbir ?Xocalını Unutma, Unutdurma?, ?Qarabağ Türkdür, Türk Qalacaq?. ?Ermənistan Şaşırma, Səbrimizi Daşırma? və Azərbaycan-Türkiye, Bir Millet İki Dövlət? şüarları ilə başa çatıb. Sonda Xocalı şəhidlərini ruhuna ehsan verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA