Nursultan Nazarbayev ilham Əliyevə Dağlıq Qarabağ münaqizəsinin nizamlanması üzrə təklif göndərib

img

16-02-2010 [12:53]


gn=left]2010/ilham-nazarbayev.jpg[/libt] Qazaxıstan prezidenti Nursultan Nazarbayev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə öz təkliflərini Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib. "Mir" beynəlxalq tele-radioşirkətinin verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev 15 fevral tarixində Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təkliflərini ona çatdırıb. Xatırladaq ki, K. Saudabayev Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşünün yekununda Astananın 2010-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində dönüş ili olacağına ümid etdiyini bildirib. Bundan başqa, K. Saudabayev dünən keçirdiyi mətbuat konfransında xatırladıb ki, Nursultan Nazarbayev 1991-ci ildə Rusiya prezidenti Boris Yeltsin ilə birlikdə danışıqlar prosesində birbaşa iştirak edib və indiyə kimi bu məsələ onun diqqət mərkəzində qalır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA