Ermənistan parlamenti protokolları müzakirə etməkdən imtina etdi

img

22-02-2010 [07:08]


Ermənistan parlamenti vəd verdiyi Türkiyə-Ermənistan protokollarının dördgünlük müzakirəsini təxirə salıb. Belə qərarın verilməsinə səbəb Ermənistan xarici əlaqələr üzrə daimi komissiyasının protokollara dair hələlik müsbət qərar qəbul etməməsi olub. Erməni kütləvi informasiya vasitələrinin veridiyi məlumata görə, komissiya sədri Armen Rustamyanın protokolların müzakirəsinə dair müşavirənin vaxtının dəyişdirilməsi qərarı parlament üzvləri tərəfindən qəbul edilib. Öz növbəsində ?İrs? fraksiyası bəyan edib ki, protokollar Ermənistan Respublikasının ?beynəlxaq saziş?ə dair qanununda nəzərdə tutulmuş bütün prosedurlara zidd imzalandığından Ermənistan parlamenti siyasi mövqeyini ifadə etməlidir. Respublika Partiyası İdarə Heyətinin üzvü Hamlet Arutyunyan bildirib ki, Ermənistan Konstitusiya Məhkəməsi protokollara dair artıq qərar verib və bu qərara sadiq qalmaq lazımdır. ?Konstitusiya Məhkməsi protokolların imzalanması proseduruna deyil, onların məzmununa dair qərar verib. Hökumət Xarici İşlər Nazirliyi qismində protokolların imzalanması zamanı istifadə olunan bütün lazımi sənəd və arayışları parlamentə təqdim etməlidir ?,- deyə erməni millət vəkili Vaan Ovannisyan söyləyib. Parlament spikeri Ovik Abramyanın sözlərinə görə, XİN parlamentin tələbinə əsasən bütün lazımi sənədləri təqdim edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA