Elmar Məmmədyarov Serbiyanın, Kanadanın və Malinin Azərbaycana yeni təyin olunmuz səfirlərini qəbul edib

img

10-02-2010 [01:29]


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Serbiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vladimir Curgusu qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, etibarnamənin surətini təqdim edən səfir Azərbaycana təyin olunmasından məmnun olduğunu qeyd edib. V.Curgus fəaliyyəti dövründə Serbiya-Azərbaycan arasında iqtisadi, siyasi, mədəniyyət və digər sahələrdə münasibətlərin inkişafına və genişləndirilməsinə xidmət edəcəyini söyləyib. Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirən V.Cungus Serbiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb. Öz növbəsində qonağı salamlayan nazir E.Məmmədyarov V.Cungusu ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, Azərbaycanın Serbiyada səfirlik açmağı planlaşdırdığını və bu amilin ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşəcəyinə təkan verəcəyini qeyd edib. Elmar Məmmədyarov Kanadanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mark Baileyi qəbul edib. Etibarnamənin surətini təqdim edən M.Bailey ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq Kanada-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib. Öz növbəsində nazir E.Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə M.Baileyi təbrik edib və iki ölkə arasındakı əlaqələrin intensivləşdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə olunmasının məqsədəmüvafiqliyini qeyd edib. Elmar Məmmədyarov Mali Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brahima Kulibalini qəbul edib. Etibarnamənin surətini təqdim edən səfir B.Kulibali Mali ilə Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Konfransı Təşkilatı çərçivəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün xidmət edəcəyini qeyd edib. Kənd təsərrüfatı, enerji, təhsil və digər sahələrdə əlaqələrin intensivləşdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan qonaq bu istiqamətdə ölkəmiz ilə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini bildirib. Öz növbəsində nazir E.Məmmədyarov B.Kulibalini ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, Malinin ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyə görə öz təşəkkürünü bildirib və Azərbaycanın Mali ilə bütün sahələrdə əməkdaşlığa hazır olduğunu qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA