Xarici izlər naziri Elmar Məmmədyarov italiyada səfərdədir

img

19-02-2010 [02:55]


Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Xalq Partiyası (European People?s Party - EPP) tərəfindən EPP-ya üzv olan Avropa İttifaqı ölkələri, EPP daxil olan qeyri Aİ ölkələrinin və Azərbaycan da daxil olmaqla partiyaları EPP-yə üzv olmaq üçün müraciət edən ölkələrin Xarici İşlər Nazirlərinin iştirakı ilə Romada keçirilən toplantının işində iştirak etmək üçün İtaliyada səfərdədir. XİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, 20 fevral tarixində keçiriləcək toplantıda Balkanlar, Ukrayna, Moldova, Cənubi Qafqazdakı vəziyyət, region ölkələrinin Aİ-yə inteqrasiyası və Aİ-inin Şərq Tərəfdaşlığı Təşəbbüsü ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA