Türkiyənin xarici izlər naziri Davudoğlu iran prezidenti Əhmədinejadla görüzüb

img

17-02-2010 [02:46]


Qətərdə Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonla keçirilən görüşlərdən əldə edilən təəssüratlarını çatdırmaq üçün İranda səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu ölkənin prezidenti Mahmud Əhmədinejad, parlamentin spikeri Əli Laricani və Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb. İran prezidenti Mahmud Əhməldinejad görüş zamanı bildirib ki, İran və Türkiyə arasında əlaqələrin inkişafı hər iki ölkəyə, o cümlədən regionda sülh və təhlükəsizliyə fayda verir. O, iki ölkə arasında böyük və qardaş münasibətlərin olduğunu qeyd edib. Əhmədinejad əlavə edib ki, İran və Türkiyə əlaqələri gücləndirməklə regionda sülh və təhlükəsizlik istiqamətində ciddi addımlar ata bilər. O, İranın Türkiyə ilə xoş niyyətli əlaqələrin və etimadın gücləndirilməsi siyasətini yürütdüyünü, ikitərəfli və çoxtərəfli əlaqələri isə hər iki xalq və region üçün faydalı hesab etdiyini deyib. Əhməd Davudoğlu isə öz növbəsində bildirib ki, İran regionda böyük mövqeyə malik dövlətdir və Türkiyə İslam Respublikası ilə münasibətləri olduqca mühüm hesab edir. Onun sözlərinə görə, rəsmi Ankara bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA