Gürcüstan Xarici izlər Nazirliyi Rusiyaya etiraz notası verib

img

18-02-2010 [05:10]


Bu gün Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası verib. Gürcüstan XİN-i bəyan edib ki, Rusiya Gürcüstanın işğal olunmuş ərazilərində hərbi iştirakını gücləndirir. XİN Moskvada Rusiya və Abxaziya arasında imzalanmış hərbi əməkdaşlığa dair razılaşmanın Gürcüstan əleyhinə olduğunu bildirir. Qeyd edək ki, hərbi müqavilənin şərtlərinə müvafiq olaraq Rusiya qondarma respublika ərazisindəki Qudauta şəhərində 49 illiyə birləşmiş hərbi baza yaradır. Hərbi bazanın xidmət müddəti sonradan daha 15 il artırıla bilər. Gürcüstan XİN-i isə bəyan edir ki, Rusiya İstanbul sammitinin qərarlarına uyğun olaraq Qudautadakı hərbi bazanın 2001-ci il iyulun 1-ə kimi bağlanması barədə öhdəlik götürüb. Tiflis hesab edir ki, Moskvanın məqsədi Gürcüstan ərazilərinin hərbi işğalı və anneksiyasına legitimlik verməkdir. Bəyanatda qeyd olunur ki, Moskva işğal olunmuş ərazilərdən hərbi plasdarm kimi istifadə etməyə çalışır. ?Rusiyanın ekspansiya siyasətini həyata keçirməsi təkcə Gürcüstan üçün deyil, həm də bütün Qafqaz və Qara dəniz regionu üçün real təhlükə yaradır?. Gürcüstan XİN işğal olunmuş ərazilərin Rusiya tərəfdən silahlandırılmasına kəskin etirazını bildirir və dünya birliyini Moskvanın qanunsuz hərəkətlərinə müvafiq qiymət verməyə və bu cəhdlərin qarşısını almağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA