Yanukoviç özünü prezident seçkilərinin qalibi elan edib

img

08-02-2010 [11:51]


Ukrayna müxalifətinin lideri, Regionlar Partiyasının rəhbəri Viktor Yanukoviç özünü prezident seçkilərinin qalibi elan edib. O, həmçinin rəqibi Yuliya Timoşenkonu baş nazir postundan istefa verməyə çağırıb. Lakin Timoşenko nəticələrin bir-birinə çox yaxın olduğunu bildirərək bundan imtina edib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, artıq səslərin 84 faizi sayılıb. Yanukoviç 48.46 faiz səslə irəlidədir. Timoşenko 45.87 faiz toplayıb. Fərq 3 faizdən də azdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA