Cənubi Koreyada ?Xocalıya Ədalət? kampaniyasının 1 illik fəaliyyətinin təqdimatı keçiriləcək

img

26-02-2010 [05:38]


Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin təşəbbüsü və bu ölkədə əmək fəaliyyətilə məşğul olan və təhsil alan Azərbaycan və Türkiyə vətəndaşlarının birgə təşkilatçılığı ilə geniş Koreya ictimaiyyətinin iştirak etməsi planlaşdırılan Xocalı Soyqırımının 18-ci ildönümünün anım mərasimi keçiriləcək və Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə Baş koordinatoru L.Əliyevanın təşəbbüsü ilə elan edilmiş ?Xocalıya Ədalət? kampaniyasının 1 illik fəaliyyətinə dair məlumat veriləcəkdir. Anım mərasimi çərçivəsində Koreya ictimaiyyətinin bu faciə haqqında məlumatlandırılması istiqamətində həyata keçirilmiş tədbirlərin davamı olaraq, dünya liderlərinə Xocalıda törədilmiş qırğını insanlığa qarşı cinayət kimi tanımaları ilə bağlı yeni müraciətin ünvanlanması, Xocalı Soyqırımına aid foto sərgi və videofilmin nümayişi, həmçinin faciə haqqında məlumatların yer aldığı bukletlərin təqdim edilməsi planlaşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA