Azərbaycan prezidenti ilham Əliyev Almaniyada səfərdədir

img

04-02-2010 [05:19]


Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin dəvəti ilə fevralın 4-də Almaniyaya işgüzar səfər edib. Azərbaycanın və Almaniyanın dövlət bayraqlarının dalğalandığı Berlin şəhərinin ?Tegel? hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı İlham Əliyevi Almaniyanın yüksək vəzifəli rəsmi şəxsləri böyük hörmət və ehtiramla qarşılayıblar. Qeyd edək ki, Azərbaycan prezidenti fevralın 4-dən 7-nə kimi Almaniyanın Münhen şəhərində keçiriləcək 46-cı Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək. Konfransın əsas müzakirə mövzuları sırasına Transatlantik təhlükəsizlik və Avropa təhlükəsizliyi, enerji təhlükəsizliyi, Əfqanıstan və Yaxın Şərqdəki vəziyyət, həmçinin NATO-nun yeni strateji konsepsiyası ilə bağlı məsələlər daxil edilib. Qeyd edək ki, Münhen Beynəlxalq Təhlükəsizlik Konfransı təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə müzakirə olunduğu qlobal siyasi forum hesab olunur. Hər il təşkil olunan konfransda müxtəlif ölkələrdən olan yüksək çinli rəsmilər və hərbçilər dünyanın əsas təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA