Ukrayna prezidenti ikinci turda Viktor Yanukoviçlə Yuliya Timozenko arasındakı mübarizədən sonra seçiləcək

img

17-01-2010 [02:46]


Bu gün Ukraynada prezident seçkiləri keçiriləcək. Təxminən 37 milyon Ukrayna vətəndaşı yeni prezidentlərini seçəcəklər.Seçkidə müxalifətdə olan Regionlar partiyasının sədri Viktor Yanukoviçin və baş nazir Yuliya Timoşenko qalib gəlmək şansları böyük olduğu bildirilir. Amma böyük ehtimalla yeni prezident ikinci turda seçiləcək. Bu zaman digər namizədlərin - fəaliyyətdə olan prezident Viktor Yuşşenkonun, parlamentin spikeri Vladimir Litvinin, bank sahibi Sergey Tiqipkonun və eks-spiker Arseniy Yatsenyukun seçimi də mühüm rol oynayacaq. Seçkidən sonra verilən ilk exit-polls məlumatlna görə birinci turda Regionlar partiyasının sədri Viktor Yanukoviç 35 faiz, baş nazir Yuliya Timoşenko isə 27 faiz səs toplayib. Fəaliyyətdə olan prezident Viktor Yuşşenko isə 5 faiz səs alıb. Bunun uçun də Ukraynada prezidenti ikinci turda Viktor Yanukoviçlə Yuliya Timoşenko arasındakı mübarizədən sonra seçiləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA