Lavrov: "Prezidentlərin görüzü dialoqu davam etdirməyə imkan verəcək"

img

22-01-2010 [04:02]


Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşünə gəldikdə biz hesab edirik ki, bu görüş ötən il prezidentlər İlham Əliyevlə Serj Sarkisyan arasında gedən dialoqu davam etdirməyə imkan verəcək. Bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Rusiyalı diplomat ötən il Azərbaycan və Ermənistan prezidentləri arasında intensiv dialoq prosesinin keçdiyini xatırladıb: "Bu dialoq nəzərə çarpacaq irəliləyişlərə səbəb olmasa da, iki lider arasında münasibətləri son dərəcə möhkəmləndirdi və bu, onlara həllini gözləyən məsələlərin dərinliyinə varmağa imkan verir. Biz dialoq prosesinin davam etdirilməsini aktiv şəkildə dəstəkləyirik. Dialoqun hansı nəticələrlə başa çatacağı hər kəsdən əvvəl bu iki liderdən asılıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA