ABŞ dövlət katibinin müavini bu gün ilham Əliyevlə görüzəcək

img

05-02-2010 [05:05]


ABŞ Dövlət Katibinin müavini Ceyms Staynberq bu gün Mühnendə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, bu barədə C.Stayenberq Tiflisdən ayrılarkən jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycan dövlət başçısı ilə görüşündə Ermənistanda apardığı danışıqların nəticələri ilə bağlı müzakirələr aparacaq. "Ermənistana səfərim zamanı prezidentlə Qarabağ münaqişəsi ilə bağlı çox geniş müzakirələrimiz oldu. Ordakı vəziyyəti müzakirə etdik. Mənim fikrimcə, hamı bunu qəbul edir ki, Qarabağda gərginliyin artmaması üçn ən yaxşı yol danışıqlar prosesinin davam etdirilməsi üçün hər iki tərəf arasında razılığın əldə olunmasıdır. Bizim də təmsil olunduğumuz ATƏT-in Minsk Qrupu həmsədrləri danışıqlar prosesində irəliləyiş əldə olunması üçün hər iki tərəfə yeni təkliflər irəli sürür",-deyə ABŞ dövlət katibinin müavini bildirib. C.Staynberq Türkiyə-Ermənistan protokollarının ratifikasiya olunması prosesinə da münasibət bildirib. Onun sözlərinə görə, ABŞ protokolların hər iki ölkə tərəfindən ratifikasiya olunmasına çalışır: "İrəvanda prezident Serj Sarkisyan və xarici işlər naziri ilə çox məhsuldar görüşlərim olub. Biz Amerika hökuməti olaraq çalışırıq ki, hər iki tərəflə işləyək və protokollar hər iki tərəfdən ratifikasiya olunsun. Çünki biz düşünürük ki, bu hər iki ölkə və bütünlükdə isə region üçün çox vacibdir". S. Staynberqin sözlərinə görə, Sarkisyan bildirib ki, Ermənistan protokolların ratifikasiyasında maraqlıdır. "Biz bunu çox yaxşı qarşılayırıq. Mən ümid edirəm ki, hər iki tərəf protokolları ratifikasiya edəcək. Düşünürəm ki, bunun gecikdirilməsi heç bir tərəfin marağında deyil. Mən Türkiyənin xarici işlər naziri ilə görüşümdə bu məsələni müzakirə edəcəm ki, biz necə işləyək ki, mümkün olduğu qədər hər iki tərəf tez protokolları ratifikasiya etsin",-deyə Staynberq qeyd edib. Qeyd edək ki, prezident İlham Əliyev 46-cı Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münhen şəhərində işgüzar səfərdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA