israil tərəfi bu yolla Türkiyənin Fələstini müdafiə etməsinə cavab verir

img

16-01-2010 [01:16]


?Türkiyə İsrail diplomatiyasında yaranan gərginlikdə günahkar ikinci tərəfdir?. Bu fikri Müstəqil İnformasiya Ajentliyinə açıqlamasında Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı deyib. Onun fikrincə ?Qurdlar vadisi pusu? filmindəki səhnələrin İsrail əleyhinə yönəlməsi ilə bağlı İsrail diplomatlarının iddiaları əhəmiyyətsiz bir məsələdir: ?Əslində bu prosesin arxasında başqa məqamlar dayanır. Hesab edirəm ki, İsrail tərəfi bu yolla Türkiyənin Fələstini müdafiə etməsinə cavab verir. Digər tərəfdən Ərdoğan başda olmaqla Türkiyənin indiki hakimiyyəti İsrailin regiondakı müsəlman ölkələrinə qarşı sayğısız davranışına qarşı çıxır, bu ölkənin məkrli siyasətini ifşa edir. Zənnimcə İsrail tərəfi bu məqamı da həzm edə bilmədiyindən kəskin reaksiyalar verir. Təbii ki, İsrail hökuməti Rəcəb Tayyib Ərdoğanın Davosdakı reaksiyasını, fələstin xalqını açıq-aşkar müdafiə etməsini də yaddan çıxarmayıb. Ən əsası isə mən bu fikirdəyəm ki, son bir neçə il ərzində Türkiyənin regionda, xüsusilə də müsəlman ölkələri arasında nüfuzunun artmasını, bir çox məsələlərdə liderliyi ələ almasını İsraili əməlli-başlı hiddətləndirib?. ?İslamçı demokrat olaraq biz bu fikirdəyik ki, bu tipli məqamlarda Türkiyənin təklənməsinə yol vermək olmaz? - deyən AİDP sədrinin fikrincə, Azərbaycan da daxil olmaqla bütün müsəlman ölkələri Türkiyəni dəstəkləməlidir: ?Kim təminat verə bilər ki, İsrail Türkiyənin acğına erməniləri dəstəkləməyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA