AŞPA monitorinq komitəsinin həmməruzəçiləri bu gün Azərbaycana gələcək

img

08-02-2010 [11:44]


Avropa Şurası Parlament Assambleyası (AŞPA) monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Jozef Debono Qrex bu gün Azərbaycana gələcəklər. Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəylinini verdiyi məlumata görə, səfər çərçivəsində həmməruzəçilər milli məclisdə, xarici işlər və ədliyyə nazirliklərində, mərkəzi seçki komissiyasında olacaq, eləcə də QHT-lərin, siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəklər. Həmməruzəçilər Azərbaycanın təşkilat qarşısında götürdüyü öhdəliklərin icrası, ölkəmizdə gedən demokratikləşmə prosesi və onun nəticələri barədə hesabat hazırlayacaqlar. Hesabat məruzəsi monitorinq komitəsində müzakirə olunacaq. Səfər fevralın 12-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA