ABŞ və Norveçin Azərbaycandakı səfirlikləri Bənəniyarla bağlı narahatlığını hakimiyyətin diqqətinə çatdırıb

img

14-01-2010 [02:18]


ABŞ və Norveçin Azərbaycandakı səfirlikləri Naxçıvan ?uxtar Respublikasının Bənəniyar kəndindəki vəziyyətlə əlaqədar birgə bəyanatla çıxış edib. Müstəqil İnformasiya Adentliyinə daxil olan bəyanatda qeyd olunur ki, ABŞ və Norveç səfirlikləri Bənəniyardakı vəziyyətlə bağlı narahatdırlar və Azərbaycan hökümətinə öz narahatlıqlarını bildiriblər. Bəyanatda oa vurgulanır ki, yanvarın 13-də Bənəniyar kəndində vəziyyətlə yaxından tanış olmaq məqsədilə ABŞ və Norveç səfirliklərinin nümayəndələri həmin kəndə yola düşüblər. Lakin buna imkan verilməyib: ?Bir qrup insan kəndin girişində avtomobili saxlayıb, diplomatları hədələyərək onları kənd sakinləri ilə hər hansı əlaqə yaratmadan kəndi tərk etməyə məcbur ediblər. Biz Azərbaycan hökümətini Bənəniyar kəndində baş verən insidenti tam şəkildə araşdırmağa və Azərbaycanda çalışan xarici diplomatların təhlükəsizliyini təmin etməyə çağırırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA