Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin tələbi yerinə yetrilib

img

08-02-2010 [05:44]


gn=left]2010/sefir-absh.jpg[/libt] Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq göstərişi əsasında, ?Prescient Worldwide? telefon şirkətinin rəsmi internet ünvanının beynəlxalq tariflər bölməsində Dağlıq Qarabağın Ermənistanın ərazisi kimi göstərilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən sözügedən şirkətin rəhbəri Riçard Minervinoya etiraz məktubu göndərilmiş, həmin kobud səhvin düzəldilməsi və gələcəkdə belə səhvlərə yol verilməməsi tələb edilmişdir. XİN-nin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, cavab məktubunda R.Minervino adıçəkilən şirkətin internet ünvanında məlumatın düzəldilməsi üçün müvafiq tədbirlərin görüldüyünü və gələcək də belə səhvlərin təkrarlanmayacağını bildirmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA