Ermənistan Konstitusiya Məhkəməsi protokollarla bağlı müsbət qərar verdi

img

12-01-2010 [04:56]


Ermənistan Konstitusiya Məhkəməsi Türkiyə-Ermənistan protokollarının ölkə Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib. Qeyd edək ki, bu gün səhər saatlarından etibarən məhkəmədə protokollarla bağlı dinləmələr keçirilib. İclasda Ermənistan prezidentini rəsmi olaraq xarici işlər naziri Edvard Nalbandyan təmsil edib. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını və sərhədlərin açılmasını nəzərdə tutan protokollar 2009-cu il oktyabrın 10-da Sürixdə imzalanıb. Protokolları Ermənistan və Türkiyə xarici işlər nazirləri, Edvard Nalbandyan və Əhməd Davudoğlu imzalayıb. İmzalanma mərasimində Fransa, ABŞ, Rusiya və İsveçrənin xarici işlər nazirləri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA