ABŞ iranın hakim elitasına təzyiq edəcək

img

12-01-2010 [03:20]


ABŞ üçün İranı nüvə proqramları planından çəkindirməyin ən yaxşı yolu İranın hakim elitasına təzyiqlərin göstərilməsidir. Bu barədə ABŞ-ın dövlət katibi Hilari Klinton bildirib. Onun sözlərinə görə, başda prezident Barak Obama olmaqla ABŞ administrasiyası məhz bu mövqedədir. Dövlət katibi əlavə edib ki, İranda ölkə daxilində qərarların qəbuluna görə məsuliyyət daşıyan bir qrup insan var. Əgər bu adamlara qarşı cəza tədbirləri rejimi yaratmaq mümkün olarsa, bu, sanksiyaların həyata keçiriliməsində daha düşünülmüş vasitə ola bilərdi. O, qeyd edib ki, hələlik bu barədə hər hansı qərar əldə olunmayıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA