Bu gün Beynəlxalq Enerji Sammiti ilə əlaqədar izçi qrupları toplazır

img

11-01-2010 [02:01]


Yanvarın 14-də Gürcüstanın Batumi şəhərində keçiriləcək Beynəlxalq Enerji Sammiti ilə əlaqədar bu gün işçi qrupları toplaşır. İşçi qrupun iclasında sammitin gündəliyi dəqiqləşdiriləcək. 9 ölkənin dövlət və hökumət başçılarının iştirak edəcəyi zirvə görüşündə Xəzər dənizinin enerji resurslarının Qərb istiqamətində ötürülməsi, Avropa ölkələrinə və beynəlxalq bazara çıxarılması, enerji təhlükəsizliyi, Cənubi Qafqaz dəhlizi məsələlərin müzakirəsi nəzərdə tutulur. Sammitdə Cənubi Qafqaz dəhlizi haqqında deklarasiya qəbul olunacaq. Qeyd edək ki, tədbirdə Azərbaycanın prezident səviyyəsində təmsil olunacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA