Metronun ?Azadlıq prospekti? stansiyası istifadəyə verilib

img

30-12-2009 [12:33]


Bu gün metronun ?Azadlıq prospekti? stansiyası istifadəyə verilib. Mərasimdə prezident İlham Əliyev iştirak edib. İ.Əliyev stansiyanın açılışını nəzərdə tutan lenti kəsib. ?Azadlıq prospekti? Azərbaycanda platforması sütunsuz olan ilk metro stansiyasıdır. Stansiyanın memarı Memarlar İttifaqının birinci katibi Elbəy Qasımzadədir. Ona layihənin hazırlanmasında memarlar Maqsud Məmmədov və Zaur Qurbanəliyev yardım ediblər. Həmçinin prezident İlham Əliyev dekabrın 30-da Salatın Əsgərova küçəsi və Azadlıq prospektinin kəsişməsində Bakı metrosunun ?28 May? stansiyasının ikinci çıxışının açılış mərasimdə də iştirak edib. Prezidentə məlumat verilib ki, ?28 May? stansiyasının ikinci çıxışı kompleksinə müasir memarlıq üslubunda inşa olunmuş vestibül və yeraltı keçid daxildir. Layihənin əsas məqsədi ?Xətai???Azadlıq prospekti? xəttini ?İçərişəhər???Həzi Aslanov? xəttindən ayırmaqla hər iki marşrutun sərbəst istismarını təşkil etməkdir. Dövlət başçısına bildiriblər ki, keçid 40 metr dərinlikdə yerləşir, ?28 May? stansiyasına qədər piyada tunelinin uzunluğu isə 167 metrdir. Sərnişinləri yerüstü vestibüldən piyada tunelinə və əksinə daşıyan üç eskalator quraşdırılmışdır. Eskalatorlar Rusiya istehsalıdır. Keçidin çıxışında Bakı Metropolitenində ilk dəfə olaraq sərnişinləri sayan və buradan girişin qarşısını alan xüsusi turniketlər quraşdırılmışdır. Yeni keçidi gəzən prezident görülən işləri yüksək qiymətləndirdi, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:39 04.04.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA