"ABŞ yaxın vaxtlarda rəsmi Bakının notasına cavab verəcək"

img

29-12-2009 [06:21]


Rəsmi Vaşinqton qondarma Dağlıq Qarabağ rejiminə yardım ayırması ilə bağlı rəsmi Bakının ünvanladığı notaya yaxın vaxtlarda cavab verəcək. Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Donald Lu ANS-ə eksklüziv müsahibəsində bildirib ki, Birləşmiş Ştatlarda Milad bayramına hazırlıqlarla əlaqədar notaya cavab verilməsində müəyyən qədər ləngimələr olub. "Məlumdur ki, Azərbaycan hökuməti bir müddət əvvəl Birləşmiş Ştatların qondarma Qarabağ rejiminə yardımı ilə bağlı rəsmi Vaşinqtona səfirliyi vasitəsilə nota təqdim edib. Bu həftə Birləşmiş Ştatlarda Milad bayramını qeyd etdiyimiz üçün müəyyən qədər ləngimələr olub. Ümid edirəm ki, yaxın günlərdə nota ilə bağlı cavab Vaşinqtondakı səfirliyinizə göndəriləcək". Amerikalı diplomat Azərbaycana yeni səfirin təyinatı ilə bağlı məsələyə də münasibətini bildirib. "Amerikada hər hansı bir şəxsin səfir olması üçün namizədliyi irəli sürülür. Sonra onun namizədliyi Senat və Nümayəndələr Palatası tərəfindən təsdiqlənir. Prezident Barak Obamanın Azərbaycanda növbəti səfirin kim olacağı ilə bağlı qərarı yoxdur. Ümid edirəm ki, bu qərar tezliklə veriləcək və Azərbaycana yeni səfir təyin ediləcək", deyə Donald Lu qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA