Barak Obama iranda həbs olunanları azad etməyi tələb edib

img

29-12-2009 [05:48]


Amerika prezidenti Barak Obama İranın anti-hökumət nümayişlərində həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edib. Dünənki çıxışında prezident azı 8 nəfərin ölümü ilə nəticələnən müxalifətin nümayişinin İran hökuməti tərəfindən yatırılmasını kəskin pisləyib. Obama öz hüquqlarını müdafiə edən İran xalqının cəsurluğunu və qətiyyətini alqışlayıb. İranda müxalifətin nümayişinin dağıdılması bir çox digər qərb ölkələrinin də sərt reaksiyasına səbəb olub. Bazar günü Tehran və İranın digər şəhərlərində müxalifətdən olan nümayişçilərlə polis arasında toqquşma olub. Bəzi mənbələrdə ölənlərin 8, bəzilərində isə 15 nəfər olduğu göstərilir. Ölkədə həmçinin azı 7 məşhur müxalifət fəalı həbs olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA