Belarus prezidenti Lukazenko interneti də nəzarətə götürəcək

img

28-12-2009 [02:38]


Belarus parlamenti interneti nəzarət altına almaq məqsədilə qanun layihəsini müzakirəyə çıxarıb. Müşahidəçilər qanunun prezident Aleksandr Lukaşenkonun təlimatıyla hazırlandığını vurğulayırlar. İnternet yeganə sahədir ki, hakim rejim ora nəzarət edə bilmir. Vaxtilə açıqlamalarının birində ?internetdə anarxiya hökm sürür? deyən Lukaşenkonun məqsədi müxalif düşüncəni daha çox daraltmaqdır. Yeni qanuna görə, bloqçular internetdəki yazılarına görə məsuliyyətə cəlb oluna bilərlər. Məsələn, ekstremizmə çağırış bu səpkidəndir. Əslində bununla bağlı maddə digər ölkələrdə də var. Sadəcə, müşahidəçilər Belarusda ?esktremizmə çağırış? adıyla kimi istəsən məsuliyyətə cəlb etmək təhlükəsindən danışırlar. Lukaşenko hakimiyyətini tənqid edən jurnalistlərin çoxu məhz bu maddə ilə cəzalandırılıblar. Belarusda leqal fəaliyyət göstərə bilməyən, fikirini açıq ifadə etməkdən çəkinən insanlar internetdən yararlanırlar. İnternet istifadəçilərin sayı durmadan artır. 2011-ci ildə bu ölkədə prezident seçkisidir. Ona görə də Belarus hakimiyyəti inididən mümkün rəqiblərini və onların tərəfdarlarını sıxışdırmağa başlayıb. ?Media forum?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA