Gürcüstan prezidenti Saakazvilinin övladları "donuz qripi"nə yoluxub

img

26-12-2009 [12:24]


Gürcüstan prezidenti Mixail Saakaşvilinin uşaqları ?donuz qripi?nə yoluxub. Bunu Saakaşvili özü ?Rustavi-2? telekanalında yayımlanan ?Mövqe? verilişində çıxışı zamanı deyib. ?Mən evə gələndə gördüm ki, kiçik oğlum yeni virusa yoluxub. O, boğaz ağrısından əziyyət çəkirdi və nəfəs ala bilmirdi?. Gürcüstanın dövlət başçısı oğlunu mühafizəçisinin xilas etdiyini deyib. ?Belə ki, o təcili olaraq uşağı xəstəxanaya çatdırıb. Sonra isə böyük oğlum virusa yoluxdu?. Mixail Saakaşvili verilişdə həmçinin tibbin inkişafı üçün islahatların vacib olduğunu da bildirib. Buna misal olaraq isə o, ölümündən sonra daxili orqanlarını bağışlamaq istədiyini dilə gətirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA