?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanda bir sıra görüzlər keçirib

img

24-12-2009 [05:36]


Bu günlərdə ?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanda səfərdə olub. Sözügedən cəmiyyətin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Z.Məmmədli Gürcüstanın reinteqrasiya nazirinin müavini Elena Tevdoradze ilə görüşüb. Görüşdə iki ölkə arasında qarşılıqlı inteqrasiya, o cümlədən Borçalı türklərinin Gürcüstan cəmiyyətinə inteqrasiyası və Borçalı türklərinin problemləri müzakirə olunub. Nazirliklə ?Borçalı? Cəmiyyətinin əməkdaşlığı məsələsi də gündəmə gəlib. Bundan əlavə, səfər çərçivəsində Borçalıda Kosalı kənd orta məktəbində pedaqoji kollektivlə də görüş keçirilib. 100-ə yaxın müəllimin iştirak etdiyi görüşdə ?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, ?Borçalı? Cəmiyyəti İdarə Heyətinin üzvü Elxan Məmmədli və görkəmli aşığımız Aşıq Aslan iştirak ediblər. Zəlimxan Məmmədli bildirib ki, ?Borçalı? Cəmiyyətinin məramı Borçalı türklərinin Gürcüstan cəmiyyətinə inteqrasiyası və Borçalı türklərinin problemlərinə yardımçı olmaqdan ibarətdir. Aşıq Aslanın ?Aşıq Aslanın Ozan dünyası? kitabını müəllim kollektivinə nümayiş etdirilib və məktəbə ?Borçalı? Cəmiyyəti adından xatirə hədiyyələri verilib. ?Borçalı? Cəmiyyətinin şagirdlər, müəllimlər və məktəblər arasına təhsilin inkişafına yönəlik sağlam rəqabət mühitinin yaranması üçün müxtəlif nominasiyalar üzrə müsabiqələr keçirəcəyi bildirilib. Bu müsabiqə Borçalını bütün məktəblərində keçiriləcək və qaliblərin müəyyən edilməsi üçün xüsusi qruplar ayrılacaq. Zəlimxan Məmmədli və Elxan Məmmədli Faxralı kəndində ziyalılarla da görüşüblər. Görüşdə son zamanlar kənddə baş verən problemlər, Borçalı türklərinin Gürcüstan cəmiyyətinə inteqrasiyası məsələsi müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA