AŞPA Monitorinq Komissiyası Ermənistanı tənqid etdi

img

22-12-2009 [06:39]


2008-ci il mart hadisələri bağlı yaradılmış müvəqqəti parlament komissiyasının yekun qərarı birtərəflidir və Ermənistan hakimiyyətinin rəsmi mövqeyinə maksimum yaxındır. Bu barədə AŞPA Monitorinq Qrupunun məruzəçiləri Con Preskott və Corc Kolombyenin AŞPA-nın saytında yerləşdirilmiş hesabatında deyilir. Məruzəçilər qeyd edirlər ki, yekun rəyi oxuyanda belə bir təəssürat yaranır ki, komissiya 1 mart hadisələri barədə rəsmi mövqeyə qarşı çıxmamaq üçün əllərindən gələni edib və hakimiyyəti kəskin tənqid etmək istəməyib. ?Belə bir senzura komissiyanın etdiyi işi şübhə altına alır?, deyə hesabatda qeyd olunub. Bundan başqa, hesabatda bildirilir ki, komissiya üzvlərindən biri, ?Yeni zaman? (Novie vremena) partiyasının lideri Aram Karapetyan qətnaməyə imza atmaqdan imtina edib. Məruzəçilər qeyd ediblər ki, yekun rəydə 12 mart hadisələri zamanı müxalifət nümayəndələrinin həbsi və təqibi barədə heç bir söz yoxdur. Məruzəçilər bildiriblər ki, martın 1-də baş vermiş 10 qətlin üstünün açılması ilə bağlı heç bir irəliləyiş qeydə alınmayıb və qətlə yetirilən 10 nəfərdən 5-nin ölümünə səbəb olan silah və güllələr tapılmayıb. ?Əgər bu məsələlərə cavab tapılmasa, belə təəssürat yaranacaq ki, polis reallığı gizlətməyə çalışır?, deyə hesabatda qeyd olunub. Xatırladaq ki, Ermənistan müxalifəti başda keçmiş prezident Levon Ter-Petrosyan olmaqla prezident seçkisinin nəticələrinə etiraz olaraq keçirdiyi aksiya polis tərəfindən silahla yatırılıb. Nəticədə 10 nəfər öldürülüb, 200 nəfər yaralanıb, 100 nəfər həbs olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA