Avropa Şurasının müzahidə missiyası Azərbaycanda səfərdədir

img

21-12-2009 [04:21]


Dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkisini müşahidə edəcək Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti Bakıda səfərdədir. Avropa Şurasının müşahidə missiyası görüşlər keçirəcək, bələdiyyə seçkisinə hazırlığın vəziyyəti ilə yaxından tanış olacaq. Nümayəndə heyətinin üzvləri seçki keçirilən gün müxtəlif rayonlarda onun gedişini müşahidə edəcək və seçkilərdən sonra mətbuat konfransı keçirəcəklər. Türkiyədən olan deputat Qaya Doğanoğlunun başçılıq etdiyi Avropa Şurasının müşahidə missiyasının tərkibinə konqresin Macarıstandan, Fransadan, Hollandiyadan, Böyük Britaniyadan, Serbiyadan və San-Marinodan olan üzvləri və qurumun katibliyinin 4 əməkdaşı daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA