iranda polislə aksiya iztirakçıları arasında küçə döyüzü gedir

img

21-12-2009 [04:13]


İranda vəziyyət kritikləşib. Belə ki, Ayətulla Əli Müntəzirinin dəfni zamanı yeni toqquşmalar olub. ?The Times?ın yaydığı xəbərə görə, müxalif qüvvələr 2 gün əvvəl vəfat etmiş ayətullanın dəfnində yaranan qələbəlikdən yeni kütləvi aksiyalar üçün istifadə edib. Qeyd edək ki, Müntəzirinin dəfn edildiyi Qum şəhərinin küçələrinə on minlərlə adam küçələrə çıxıb. Hazırda hüquq-mühafizə orqanları ilə aksiya iştirakçıları arasında thqquşma baş verib. Onlar arasında müxalifət liderlərindən Mirhüseyn Müsəvi və Mehdi Kərrubinin də olduğu bildirilir. Aksiyada ?Diktator, Müntəzirinin işi davam edəcək?, ?Müntəziri ölməyib, hökumət ölüb? şüarları səsləndirilir. 87 yaşlı Müntəziri 1979-cu il İslam inqilabının əsas ideoloqlarından biri olub. O dəfələrlə indiki hakimiyyəti İslam dininin adından istifadə edib ölkədə diktatura qurmaqda ittiham edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA