Amerika Azərbaycanlıları Şurası ABŞ Konqresinə etiraz bəyanatı ünvanlayıb

img

17-12-2009 [02:29]


gn=left]2010/abs-vasinqton.jpg[/libt] Amerika Azərbaycanlıları Şurası ABŞ Konqresinin Dağlıq Darabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində maliyyə yardımı ayırmasına öz kəskin etirazını bildirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təşkilatın yaydığı bəyanatda bildirilir ki, ABŞ Konqresinin bu qərarı Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ dövətinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Sənəddə kəskin iqtisadi böhranın davam etdiyi, işsizliyin miqyasının sürətlə artdığı bir vaxtda amerikalı konqresmenlərin bir milyonlan çox azərbaycanlını öz evlərindən didərgin salmış, etnik təmizləmə siyasəti aparmış rejimə maliyyə yardımı ayırmasından ciddi narahatlıq ifadə olunur. AAŞ hesab edir ki, ABŞ Konqresinin bu qərarı ölkənin Azərbaycan və Cənubi Qafqazdakı mövqelərinə də zərbə vurur, bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə xələl gətirir. Bəyanatda o da vurğulanır ki, bunlar azmış kimi ABŞ-ın qanunverici orqanı hərbi yardımla Azərbaycanla Ermənistan arasında paritetin saxlanılmasına da qərar verib, halbuki bu ölkənin xarici siyasət kursuna ziddir. AAŞ xatırladır ki, 11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olaraq qalır, bir sıra regionlarda aparılan sülhməramlı əməliyyatlara öz dəstəyini verməkdə davam edir. Bəyanatın sonunda Amerika azərbaycanlıları ABŞ konqresmenlərinə müraciət edərək onları balanslaşdırılmış mövqe tutmağa, etnik lobbilərin təsiri altında Azərbaycana qarşı ədalətsiz münasibətə son qoymağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA