ABŞ Ermənistana və separatzılara maliyyə yardım ayırdı

img

10-12-2009 [03:04]


Amerika Senatı və Nümayəndələr Palatası Ermənistana 41 milyon dollar həcmində iqtsadi yardım ayırıb. Amerika qanunvericiləri separatçı rejimi də yaddan çıxarmayıb. Ermənistan mətbuatının yaydığı məlumata görə, iqtisadi yardım proqramı çərçivəsində separatçı ?DQR? 6 milyon dollar alacaq. 2010-cü il üçün yardımlar proqramı Senat və Nümayəndələr palatasının müvafiq qurumları arasında razılaşdırılıb. Məlumata görə, Nümayəndələr palatası əvvəlcə Ermənistana 48, separatçı rejimə 10 milyon dollar ayırmağı təklif edib. Senat isə Ermənistana yardımı 30 milyon dollara qədər azaldıb. Amerika Erməni Milli Komitəsi yardımların əldə olunmasında konresmenlər Adam Şiff, Mark Kirk, Stiv Rotman, Cessi Cekson, Stiv İsrael və Frenk Lobiondun əməyi olduğunu qeyd edir. Komitə sədri Aram Xamparyan Azərbaycan və Ermənistan arasında hərbi tarazlığın qorunub saxlanmasında və ?DQR?-ə yardımların ayrılmasında Senata minnətdarlıq edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA