ilham Əliyev Böyük Britaniyanın keçmiz baz naziri Toni Bleri qəbul edib

img

01-12-2009 [06:36]


Bu gün prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda səfərdə olan keçmiş baş naziri Toni Bleri qəbul edib.Böyük Britaniyanın Azərbaycanda nüfuzlu şirkətlər vasitəsilə təmsil olunduğunu deyən qonaq Azərbaycan iqtisadiyyatının dünyada ən sürətli templərlə artdığı barədə də məlumatlı olduğunu vurğulayıb. Öz növbəsində, prezident İ. Əliyev ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini, energetika ilə başlanan əməkdaşlığın hazırda müxtəlif sahələri əhatə etdiyini bildirib. Böyük Britaniyaya son səfərini xatırlayan dövlət başçısı səfərin məhsuldar olduğunu və yaxşı nəticələr verdiyini deyib. Azərbaycanda Böyük Britaniyanın çoxlu sayda şirkətinin fəaliyyət göstərdiyini qeyd edən prezident bunların böyük sərmayədarlar olduqlarını söyləyib. Sonra Azərbaycan prezidenti adından Toni Blerin şərəfinə işçi nahar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA