Zəlimxan Məmmədli Gürcüstan Prezidenti Mixail Saakazviliyə məktubu göndərib

img

09-12-2009 [01:03]


NATO-nun baş katibi Andres Foq Rassmusen Gürcüstanın alyansa qəbul edilməsi qərarını təstiq etmişdir. Bu ən yaxın zamanda Gürcüstanın alyansa tam hüquqlu üzvlüyünə işarə olmaqla, regionun təhlükəsizliyinin bir dəfəlik təminatı deməkdir. ?Borçalı? Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bu məsələ ilə əlaqədar Gürcüstan Prezidenti Mixail Saakaşviliyə məktubu göndərib. Məktubda deyilir: ?Hörmətli cənab prezident, Gürcüstan və Qafqaz regionunun gələcəyi üçün tarixi hadisə baş vermiş, Gürcüstan NATO-ya üzvlüyü ilə bağlı mühüm addımlardan biri atılmışdır. Bu, gürcü xalqının, onun layiqli təmsilçisi Sizin ardıcıl, fədəkar mübarizənizin nəticəsidir. ?Borçalı? Cəmiyyəti üzvləri və minlərlə tərəfdaşları adından Sizi, timsalınızda gürcü xalqını, Gürcüstanın ayrılmaz hissəsi olan, borçalı türklərini səmimi qəlbdən təbrik edirəm. Ümid edirik ki, ən yaxın zamanda alyansa tam üzvlük məsələsi öz müsbət həllini tapacaqdır. Demokratiyanın inkişafı, Gürcüstanın qüdrətlənməsi üçün səmimi şəkildə ?Borçalı? Cəmiyyətinə arxalana bilərsiniz. Tanrı demokratik, güclü Gürcüstanı, Azərbaycan Gürcüstan dostluğunu qorusun.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA