Gənclər və idman naziri Azad Rəhimov Kubaya səfərə gedib

img

25-11-2009 [12:57]


Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Kuba respublikasına səfərə gedib. Nazirin bu ölkəyə səfəri Kuba İdman, Fiziki Tərbiyə və İstirahət Milli İnstitutu sədrinin dəvəti ilə baş tutub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfər zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Görüş zamanı nazir ölkəmizlə Kuba respublikasının idman sahəsində əməkdaşlığını nəzərdə tutan sazişə imza atacaq. A.Rəhimovun Kubanın gənclər təşkilatlarının rəhbəri ilə görüşü, dopinqə qarşı mübarizə mərkəzi, beynəlxalq idman məktəbinə səfəri də gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA