Ali təhsil müəssisələrinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və ADA-nın magistraturasına sənəd qəbulu baza çatdı

img

07-12-2009 [04:12]


Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd qəbulu dekabrın 4-də saat 17:00-da başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ərizə qəbulu haqqında elan ?Magistr? jurnalının 8-ci sayında dərc olunub və Komissiyanın internet səhifəsində yerləşdirilib. Qaydalara əsasən, bakalavrlar noyabrın 26-dan etibarən TQDK-nın müvafiq internet səhifəsində "Bakalavrın elektron ərizəsi" formasını doldurub, daha sonra tələb olunan sənədləri TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib ərizələrini təsdiq etdiriblər. Magistratura pilləsində MBA və TEMPUS proqramları üzrə təqdim olunmuş 273 plan yerinin müsabiqəsində iştirak etmək üçün 423 bakalavr ərizəsini təsdiq etdirib. Onlardan 360 nəfəri MBA, 63 nəfəri isə TEMPUS proqramı üzrə magistraturaya sənəd verib. Təhsilini Azərbaycan Diplomatik Akademiyasının magistraturasında davam etdirmək istəyən 123 nəfər sənəd verib. Qəbul imtahanınınn birinci mərhələsində iştirak etmək üçün ərizəsini SQK-da təsdiq etdirmiş bakalavrlar müəyyən olunmuş tarixdə öz elektron ərizələrinə daxil olaraq birinci mərhələ üçün "İmtahana buraxılış vərəqəsi"ni çap edəcəklər. Bununla bağlı yaxın günlərdə bakalavrlara əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR