Vatikandakı Rusiya nümayəndəliyi səfirliyə çevriləcək

img

04-12-2009 [02:11]


Siyasi ekspertlər Rusiya prezidenti Dmitri Medvedyevin İtaliyaya dekabrın 3-də başlayan səfərinin nəticələrini yüksək qiymətləndiriblər. Səfər çərçivəsində 18 hökumətlərarası anlaşma imzalanıb. Bu anlaşmalardan ən irisi ?Qazprom? şirkətinin ?Cənub axını? layihəsi çərçivəsində İtaliyanın ?Eni? şirkətiylə əməkdaşlığının konturlarını müəyyənləşdirir. İtaliyanın iri şirkətlərinin Rusiyanın müxtəlif sənaye sahələrinə yatırımları da konkretləşdirilib. Dmitri Medvedyev səfər zamanı Vatikanla diplomatik əlaqələrin qurulmasına dair anlaşma da imzalayıb. Anlaşmaya görə, Vatikandakı Rusiya nümayəndəliyi səfirliyə çevriləcək. Rusiyanı da əlavə etsək, Vatikanın diplomatik münasibətdə olduğu ölkələrin sayı 176-a çatıb. ?Media forum?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA