Azərbaycanla Polza arasındakı əməkdazlığın vəziyyəti müzakirə edilib

img

26-11-2009 [04:55]


Azərbaycanla Polşa arasındakı əməkdaşlığın vəziyyəti müzakirə edilib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Elmar Məmmədyarov Polşa Respublikasının Müdafiə naziri Boqdan Klixi qəbul edib. Azərbaycanla Polşa arasında əlaqələrin həm ikitərəfli, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini qeyd edən B.Klixin ölkəsinin Azərbaycanın Avropa institutlarına inteqrasiyası prosesinə hər hansı lazımı dəstək verməyə hazır olduğunu bildirib. Öz növbəsində, nazir E.Məmədyarov ikitərəfli münasibətlərin daha da inkişafı üçün siyasi, enerji, humanitar və digər sahələrdə geniş imkanların olduğunu vurğulayıb. E.Məmmədyarov Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığında Polşanın böyük rol oynaya biləcəyini qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü daim dəstəklədiyinə görə Polşa tərəfinə minnətdarlığını bildirən E.Məmmədyarov münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyini vurğulayıb. Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA