25-11-2009 [01:12]
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturasına və Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul elan edir.
TQDK mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, sənədlərin qəbulu internet vasitəsi ilə aşağıdakı qaydada aparılacaq:
Bakalavr şəxsiyyət vəsiqəsindən (nömrəsindən və PİN kodundan) və "TQDK-nın ödəmə kartı"ndan (iş nömrəsi və şifrindən) istifadə etməklə TQDK-nın mü?va?fiq internet səhifəsi?nə (tqdk.gov.az/erizemagistr) daxil olur və oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur, sonra tələb olunan sənədləri TQDK-da yaradılmış SQK-ya təqdim edib ?Bakalavrın elektron ərizəsi? formasını təsdiq etdirir.
Bakalavrlar TQDK-nın ödəmə kartını yalnız elektron formada ?Visa/Visa Electron? və ya ?Mastercard/Maestro? plastik kartından istifadə etməklə http://tqdk.gov.az/virtualkart/ internet ünvanndan ala bilərlər.
Xarici dövlətlərin vətəndaşları ?Bakalavrın elektron ərizəsi? formasını TQDK-da yaradılmış SQK-da doldurmalı və təsdiq etdirməlidirlər.
Bakalavrlar ərizələrini təsdiq etdirmək üçün 2009-cu il noyabrın 26-dan dekabrın 4-dək (bazar günü istisna olmaqla) saat 9-dan 17-dək SQK-ya ?TQDK-nın ödəmə kartı?nı və tələb olunan sə?nəd?ləri təq?dim etməlidirlər.
Hər bir bakalavr müxtəlif dövlət və qeyri-dövlət ali məktəb?lə?rinin təhsili ödə?niş?siz və ödənişli əsaslarla olan 10-dək ixtisas kodunu seçə bilər. Seçilmiş ixtisaslar eyni bir qəbul proqramına aid olmalıdır.
Sənəd vermək hüququna ali peşə təhsilini başa vurmuş və ali təhsil haqqında diplomu olan şəxslər malik?dirlər.
MBA proqramı üzrə magistraturaya ixtisasından asılı olmayaraq bütün bakalavrlar sənəd verə bilərlər. Azərbaycan Diplomatik Akademiyasının magistraturasına ixtisasından asılı olmayaraq bütün bakalavrlar, eyni zamanda magistrlər və bakalavr pilləsinin sonuncu kursunda təhsil alanlar da sənəd verə bilərlər. TEMPUS proqramı üzrə isə yalnız müvafiq ixtisas istiqamətləri üzrə təhsil almış bakalavrlar sənəd verə bilərlər. Həmin ixtisasların siyahısı Magistr? xüsusi buraxılışının 8-ci sayında nəşr edilmişdir. Jurnalda aşağıdakı materiallar da əksini tapmışdır:
Azərbaycan Respublikasının ali məktəblərinin magistratura pilləsinə MBA və TEMPUS beynəlxalq proqramları üzrə 2009/2010-cu tədris ili üçün qəbul keçirilən ixtisaslar və onların plan yerləri
Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı və izahlı test nümunələri
İnformatika üzrə qəbul imtahanı proqramı
Riyaziyyat fənni üzrə qəbul imtahanı proqramı və test nümunələri (Azərbaycan Diplomatik Akademiyasının magistraturasına qəbul olanlar üçün)
İxtisas və xarici dillər üzrə qəbul imtahani proqramları
Qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrın məntiqi təfəkkürü, informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərin riyaziyyat fənnini) və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə qəbul olmaq istədiyi ixtisas üzrə bilik səviyyəsi yoxlanılır.
Hər iki mərhələdə bakalavrın hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Birinci mərhələdə bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlərə riyaziyyat) üzrə 25 test tapşırığı təqdim olunur.
Xarici dil kimi Azərbaycan bölməsinin bakalavrlarına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir.
Tədrisi ingilis dilində olan ixtisasları seçmək istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini göstərməlidirlər.
Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika (ADA-ya daxil olmaq istəyənlər üçün riyaziyyat) üzrə testdən topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılırlar.
Azərbaycan Diplomatik Akademiyasının magistraturasına sənəd verən və qəbul imtahanının birinci mərhələsini keçən namizədlər ikinci mərhələ?dən azad olunurlar və Azərbaycan Diplomatik Akademi?yasının apardığı qəbul proseduralarından keçirlər.
İmtahan suallarının cavablandırılmasına birinci mərhələdə 2 saat 30 dəqiqə, ikinci mərhələdə isə 1 saat 30 dəqiqə vaxt ayrılır.
Seçdiyi ixtisasların hər hansı biri üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın iki mərhələ üzrə imtahanlardan topladığı ümumi bal (ballarının cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testdən topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün bakalavrın ingilis dilindən topladığı bal 20-dən az olmamalıdır.
Qəbul imtahanının hər bir mərhələsində iştirak etmək üçün bakalavrın ayrılıqda "İmtahana buraxılış və?rəqəsi" olmalıdır. İmtahanın birinci mərhələsində iştirak etmək üçün ərizəsini SQK-da təsdiq etdirmiş bakalavr müəyyən olunmuş tarixdə öz elektron ərizəsinə daxil olaraq birinci mərhələ üçün "İmtahana buraxılış və?rəqəsi"ni çap edib götürəcək. Bunula bağlı əlavə məlumat veriləcək.