27-01-2016 [15:29]
İdmançı İsa Əzizovun ötən ilin mayında "Famous” klubunda döydüyü aktrisa Diana Babayeva onun həbsinə bir cümləlik reaksiya verib.
Mia.az Axar.az-a istinadən xəbər verir ki, D.Babayeva İ.Əzizovun yanacaqdoldurma məntəqəsində dava salması ucbatından tutulmasına Feysbuk səhifəsində status yazıb. Aktrisa "Çox xahiş edirəm, məndən İsa Əzizov haqda heç nə soruşmayın”, - yazıb.
Onun bu statusuna sual dolu şərhlər gəlib. Diana isə sualları cavabsız qoysa da, onun yerinə Nailə Gülizar adlı sosial şəbəkə istifadəçisi reaksiya verib: "Çünki əli qırılmışın vurduğu xanımlardan biri Diana Babayeva idi”.
Karaoke klubunda baş verən insident zamanı aktrisanın rəfiqəsi Elvina Əliyeva da döyülmüşdü. İ.Əzizovun onunla ünsiyyət qurmaqdan imtina edən qızlara qəzəblənərək, E.Əliyevanı döydüyü, sonra isə "Qalendevagen” markalı maşına qoyaraq aparmaq istədiyi iddia edilmişdi.
E.Əliyeva hadisəni belə nəql etmişdi: "Mahnı oxuyurdum, hiss edirdim ki, həmin İsa mənə baxır. Ayaqyoluna gedəndə qapını açdım və içəridə onu gördüm. Dedi ki, tanıyırsan məni? "Xeyr” cavabı verdim. Əvvəl dedi, bir məktəbdə oxumuşuq, sonra bir yerdə məşq etdiyimizi bildirərək tanış olduğumuzu mənə göstərmək istəyirdi.
Yenə də onu tanımadığımı bildirdim. Əli ilə qapını elə tutmuşdu ki, çıxa da bilmirdim. Mənə qayıtdı ki, yaxşı fikirləş. Dedim ki, qardaş, tanımıram, tanımaq da istəmirəm. Rəfiqəm gəlib məni öz yerimə apardı. Rəfiqəmə "ağıllı ol” dedi. Stolumuzda oturanda mənə yaxınlaşdı və şillə vurdu.
Durub itələdim, bundan sonra yumruq-təpik başladı. Huşumu itirmişəm və məni salondan çıxararaq ayaqyolunun qabağına atıblar. Yanımızda oğlan vardı, o da İsa Əzizova nəsə deyəndə gözlənilməz zərbə aldı. İsa onu bir zərbə ilə yerə yıxıb təpikləməyə başladı. Diana gəlib, tualetin qarşısında ağız-burnumu qan içində görüb”.
O zaman idmançının barəsində xuliqanlıq (221-ci) maddəsi ilə cinayət işi başlanmışdı. Bir çox tanınmış simalara prodüserlik etmiş "Komedi” klubun üzvü Diana bəzi şou tamaşalarda iştirak edib.
Xatırladaq ki, yanvarın 25-nə keçən gecə ”Azpetrol”un Tiflis prospektindəki yanacaqdoldurma məntəqəsində dava olub. İ.Əzizov və onunla birgə olan dostu mühafizəçi Sadiq Bağırov və yanacaqdoldurma işçilərini döyüb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlayıb. İ.Əzizov və idmançı dostu Mahir İsgəndərov saxlanıblar.
Millət vəkili Adil Əliyev "Report”a İ.Əzizovun onların qohumu olduğunu təsdiqləyib. A.Əliyev Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qardaşıdır.



Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
Milli Məclisin iclası başlayıb
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürmək istəyiblər
“Sirab”ın sahibi yeni şirkət yaradıb
Epşteyn qalmaqalı və kabus kimi suallar... - TƏHLİL
Prezident İlham Əliyev gənclərə müraciət ünvanlayıb - MƏTN
"Fənərbağça"nın hücumçu klubdan ayrılır?
Türkiyədə bələdiyyə sədri ölümdən son anda xilas oldu - VİDEO
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər" - VİDEO
Müxalifət Makrona qarşı "ayağa qalxdı" - Epşteynlə nə əlaqəsi var?
İlham Əliyev: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"
ABŞ-da aksiya: onlarla nümayişçi həbs edilib