06-01-2016 [20:15]
"Azərbaycan” Nəşriyyatı manatın devalvasiyasından sonra ölkəyə gətirilən poliqrafiya məhsullarının qiymətinin kəskin artması səbəbindən çap xərclərini artırıb.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, bu gün nəşriyyat çap etdiyi qəzetlərin redaksiyalarına məktub yollayaraq, qiymətləri birdən-birə 25 faiz artırdığını elan edib.
"Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov "Azərbaycan” Nəşriyyatının bu qərarı ilə bağlı açıqlama verərək, bildirib ki, qərar məyusluqla qarşılanıb.
Onun sözlərinə görə, qəzetlər çap qiymətlərinin artmayacağına ümid edirdilər: "Hökumətin anonsları ümid verirdi ki, çap xərcləri artırılmayacaq. Təəssüf ki, buna gedildi və "Azərbaycan” Nəşriyyatı qiymətləri artırmaq məcburiyyətində qaldı”.
Ələsgər Süleymanovun fikrincə, bu, vəziyyəti onsuz da ağır olan çap mediasının sonu anlamına gəlir: "Onsuz da qəzetlər çap xərclərini vaxtında və tam şəkildə ödəyə bilmirdilər, nəşriyyata borc yaranırdı. Qiymət artımından sonra yığılan borcların həcmi daha da artacaq. Təbii ki, bu, sonsuzluğa qədər bu cür davam edə bilməz. Borcları artan qəzetlər fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqlar”.
"Yeni Müsavat”ın baş direktoru hökumətin məsələyə müdaxilə edəcəyinə və qəzetlərin maliyyə problemləri üzündən məhvinə yol verilməyəcəyinə ümid etdiyini də bildirib.
"Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərif bildirib ki, bu qərardan sonra da qəzetlərin vəziyyətinin ağırlaşacağını nəzərə alaraq, hökumətə təkliflər göndərəcəklər: "Bizə də o məktub daxil olub. Rəsmi xəbərdarlıqdan əvvəl şifahi xəbərdarlıq da edilmişdi. Ona görə də, biz məcburiyyət qarşısında qalıb, 10 qəpik artıma getdik. Hər halda bu da artırılan 25 faizi təmin etmir. Hər halda biz bu artıma getməyə məcbur idik. İndi sonrakı addımlarımız da hadisələrin gedişindən asılı olacaq. Zərurət olsa, qiymətlərə yenidən baxacağıq. Həmçinin səhifələrin sayının azaldılması, qiymətlərin artırılması, ixtisarların edilməsi də istisna deyil. Bundan əlavə biz qarşıdakı günlərdə mətbuat vasitəsilə hökumətin müəyyən dairələrinə öz təkliflərimizi də göndərəcəyik. Yəni hökumət reklam bazarı və kağızların daşınma xərcləri ilə bağlı düşünməlidir. Bu məsələdə, eləcə də sadələşdirilmiş vergi məsələsində güzəştlər etmək, mətbuata ayrıca baxmaq olar. KİVDF birbaşa nəşriyyatlara kağız üçün yardım göstərə bilər. Müəyyən tədbirlər görülsə, qəzetləri bu ağır vəziyyətdən çıxartmaq olar”.
"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə deyib ki, nəşriyyatın çap xərclərini artırması vəziyyəti daha da ağırlaşdırır: "Bu, artıq ikinci dəfədir ki, çap xərcləri artırılır. Birinci devalvasiyadan sonra da 32 faiz qiymət artımı olmuşdu. O zaman da qəzetlərin etirazları hər hansı rol oynamadı. İndi də heç bir rol oynamayacaq. Ona görə də, məcburuq ki, bu qərarla razılaşaq. İmkanımız olsa, fəaliyyətimizi davam etdirəcəyik, imkanımız çatmasa, başqa variantlar düşünəcəyik. Böhran olduğu üçün jurnalistlərin əmək haqlarının artırılmasına da ehtiyac var. Həqiqətən də çap xərclərinin qaldırılması bizim vəziyyətimizi ikiqat ağırlaşdırır”.
"Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camal da bildirdi ki, bu, arzuolunan deyildi: "Mən də qəzetin çap işi ilə məşğul olan şəxslərlə bu informasiyanı dəqiqləşdirəcəyəm. Bizim işlədiyimiz nəşriyyat hələ ki, mənimlə bu haqda heç nə danışmayıb. Vəziyyətin gedişatından belə görünür ki, ölkədə hər sahədə qiymətlər artacaqsa, nəşriyyatın da qiymətləri artırması normaldır. Sadəcə olaraq, mən düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən nəşriyyatlar nəzərə almalıdırlar ki, biz çap mediasından gəlir götürə bilmirik. Qəzetdən gələn gəlir bizim işçilərimizin maaşına, qəzetin çap xərclərini ödəməyə güclə çatırdı. Əgər biz qəzet satışından gəlir əldə edə bilmiriksə, qəzetin qiymətini artırmırıqsa, o zaman təbii ki, nəşriyyat qiymətləri qaldırsa, biz bundan əziyyət çəkəcəyik. Mən düşünürəm ki, qəzet redaktorlarının toplaşıb, bu məsələni müzakirə etməsinə ehtiyac var”.
"525-ci qəzet”ın baş redaktoru Rəşad Məcid isə bu qərarın gözlənilən olduğunu bildirdi: "Biz gözləyirdik ki, nəşriyyat qiymətləri artıracaq. Bizə də bu barədə bildiriş daxil oldu ki, çap xərcləri 25 faiz artırılıb. Hər halda düşünürük, bir çıxış yolu tapmağa çalışırıq. Ancaq qəzetin qiymətini artırmayacağıq”.
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədi, liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
Ağdam şəhərinə 308 nəfər köçürülüb
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı