05-01-2016 [00:03]
"Azadlıq" qəzetinin rəhbərliyi qəzetin satış qiymətini qaldırıb.
Mia.az xəbər verir ki, bu barədə qəzet rəhbərliyi xüsusi açıqlama yayıb.
Açıqlamada bildirilib ki, qəzetin kollektivi bır sıra ağır mərhumiyyətlərlə üzləşiblər. O üzdən belə bir qərarı verməyə məcbur olublar:
"Biz dərk edirik ki, "azad sözün sonuncu qalası” təslim olmamalı, vətəndaş obyektiv informasiya ilə təmin edilməlidir. Buna görə də son nəfəsimizə kimi prinsiplərimizə sadiq qalacaq, hakimiyyətin anti-xalq siyasətini ifşa edəcəyik.
Amma fəaliyyətimizi davam etdirmək, xalqa hər gün 16 səhifəlik həqiqət daşımaq üçün ayaqda qalmalıyıq. Sonuncu devalvasiya bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də öz "küləyini” əsdirdi. Yəni manatın qiymətdən düşməsi, kəskin bahalaşma qəzetin də xərclərini artırıb. Çap xərcləri, kağızın qiyməti təbii olaraq bahalaşır. Vəziyyətə uyğn addım atmağa məcburuq. Qəzetin qiymətini artırmaqdan başqa yolumuz yoxdur.
Bəli, biz aylarla maaş almadan, Nəşriyyatın 9-cu mərtəbəsində yağış suları içində, komfortsuz, köhnə texnika ilə işləyə bilərik. Amma işimizin nəticəsini hazır məhsula çevirib alıcıların seçiminə təqdim edə bilmək bizdən asılı deyil. Yəni qəzetin qiymətini kollektivin iradəsindən kənar amillər müəyyən edir.
Oxucularımız "Azadlıq”ı dəfələrlə çətin vəziyyətdən qurtarıb, qəzetin önəmini başa düşdüyünü sübut edib. İnanırıq ki, sədaqətli oxucularımız bu dəfə də bizi anlayışla qarşılayacaq – qəzetin qiymətini artırmaq məcburiyyətində qaldıq. Bu gündən "Azadlıq”ı 60 qəpiyə almalı olacaqsınız.
Başa düşürük ki, bu, oxucularımızın büdcəsinə mənfi təsir göstərir. Heç də asanlıqla vermirik bu qərarı. Sadəcə, başqa yolumuz yoxdur. "Azadlıq” ya dayanmalıdır, ya da ölkəni ağuşuna alan sosial-iqtisadi tənəzzülün tempinə uyğun olaraq yaşamaqda davam etməlidir. Biz davam qərarı verdik – fədəkar oxucularımıza güvənərək. İnanırıq ki, oxucularımız qəzetimiz üçün ödəyəcəkləri əlavə 10 qəpiklərə azad sözə, obyektiv informasiyaya çəkilən xərc kimi baxacaq.
Əmin olun, sizin 60 qəpiyiniz kağız parçasına verilən pul deyil, müqəddəs missiyanın davam etdirilməsinə dəstəkdir. Bəli, "Azadlıq”ın qiyməti 60 qəpik olsa da, dəyəri maddiyyatla ölçülməz. Dəyəri maddiyatla ölçülməyəni isə 60 qəpiyə almağa dəyər. Gəlin, imkan verməyək ki, bu qeyri-bərabər döyüşdə "Azadlıq” müqavimətini itirsin.
Bir sözlə, sizə xidmətini davam etdirmək üçün, həqiqi azadlıqlar naminə "Azadlıq”ın qiymətinin qalxması zərurət oldu".
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasından oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacısı" vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavini döyüldü - Səbəb + Təfərrüat