03-01-2016 [00:08]
İran və İraq rəhbərliyi şiə alimi Ayətullah Nemr Bakır ən-Nemrin Səudiyyə Ərəbistanında edam edilməsinə sərt reaksiya verib.
Axar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Nemrin edamını şiddətlə qınadıqlarını açıqlayıb.
Nazirliyin sözçüsü Hüseyn Cabir Ənsari Ərəbistanın bu addıma görə cavab verəcəyini bildirib:
"Səudiyyə Ərəbistanı rəhbərliyinin terrorçuluğu dəstəkləyən bir siyasət yürütdüyünü izləyirik. Bu sonsuz və məsuliyyətsiz siyasətin nəticələri yerdə qalmayacaq və Səudiyyə rəhbərliyi bunun üçün cavab verəcək”.
"Tasnim" agentliyinin məlumatına görə, Nemrin edamından sonra Buşehr əyalətindəki İnzibati Şura Yığıncağında danışan İran parlamentinin sədri Əli Laricani bölgədəki təhlükəsizlik tədbirlərinin artırılacağını deyib.
İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin sədri Ələddin Burucerdi də Nemrin edamını pisləyib.
"Nemrin qətlə yetirilməsinin nəticələri Səudiyyə səlahiyyətliləri üçün çox ağır olacaq”, - komitə sədri qeyd edib.
İraq şiələri də alimin edam edilməsinə sərt etiraz edib. İraq şiələrinin lideri Müqtəda əs-Sədr bütün İraq şiələrini Səudiyyə Ərəbistanına etiraz etməyə çağırıb.
İraqın sabiq baş naziri Nuri əl-Maliki də Nemrin edamına etiraz edib. Maliki krallığı məzhəbçilikdə günahlandırıb.
Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanında Riyad Cəza Məhkəməsinin hökmü ilə aralarında şiə din xadimi Ayətullah Nemr Bakır ən-Nemrin də olduğu 47 nəfər edam edilib.
Ölkənin tanınmış şiə din xadimlərindən olan Nemr etiraz aksiyaları təşkil etmək, insanları etiraza təhrik etmək, ölkənin əmin amanlığını pozmaq kimi maddələrlə saxlanılmışdı.
Çempionlar Liqası: "Qarabağ" hesabı açdı (CANLI YAYIM)
“Qarabağ”ın qələbəsi üçün azarkeşlərə mükafat ayrılıb - VİDEO
GÜNÜN VİDEOSU - ADSEA su sistemini böyrüstə qoyub
Sabiq xidmət rəisinə hökm oxundu - Məhkəmə prosesi
QHT RƏHBƏRLƏRİ SAXLANILDI - Saxta orden və medallara görə
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
"Qarabağ" və "Kopenhagen" klublarının rəhbərləri arasında görüş olub
Agentlik direktoru istefa verib, yoxsa...? - Ceyhun Kərəmov Əmrullayevdən vəzifədən azad edilməsini istəyib
"Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə yükdaşımaların təşkili haqqında Anlaşma Memorandumunu imzalanıb
Ali Məclis sədri, sədr müavinləri - "Ədalət"də yeni təyinatlar
30 il həbsi tələb olunan Ayşe Barım həbsdən buraxıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğan: "2026-cı il Türkiyə İqtisadiyyatında İslahat İli olacaq"
AFFA Elgün Hüseynovu cəzalandırdı
Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçiriləcək
İlham Əliyev, birinci xanım və İtaliya prezidenti universitetdə - FOTOLAR (YENİLƏNİB)
Bir jurnalist yazdı, digəri belə şərh verdi: "Ya türmədə kitab yazarlar, ya da namaz qılarlar"
Üç partiya iclasa qatılmadı, DEM və İYİ partiyalı deputatlar isə Ərdoğanı ayaqda qarşıladı - TBMM-də ilk iclas + FOTO
Azər Bağırov "Kəpəz"lə razılaşıb
Vilayət Eyvazov Sumqayıtda 367 vətəndaşı qəbul edib - Nazir rəislərə tapşırıqlar verib
HƏMAS Trampın Qəzza planını rədd etdi: "Bu iki maddə İsrailin xeyrinə, Fələstin xalqının isə..."
Qəzzada daha iki nəfər acından ölüb
MEDİA TRT kanalına başsağlığı verdi
İsveçrənin Ədliyyə naziri sabiq nazirin müşavirinə məktub yazıb: "Burada doğulan hər kəs özünü..."
Daha bir vəkilin fəaliyyəti dayandırılıb, 2-nə... - İclas oldu
DEM partiyası Ərdoğanın çətiri altına girir? - "Bizə uzadılan əli havada buraxmayacağıq"
İsrail Qəzzanı bombalayır - Xilasedici zabit ölüb, yaralılar var
Sabah hava necə olacaq? - Proqnoz
Kəlbəcər və Şahdağa qar yağıb
Oxuyur Mənsum İbrahimov!
Türkiyə balıqçılarının tapdığı kamikadze kater partladıldı - FOTO
İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb
DİN III MDB oyunları ilə bağlı fasiləsiz xidmət aparır - VİDEO
İtaliya Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb - FOTOLAR
Keçmiş spiker çağırış etdi, partiya sədri qəbul etmədi - Türkiyə parlamentində tarixi qalmaqal
Joze Mourinyo: "Kerem Aktürkoğlunu unudun!"
“Avropa Şurasının hesabatı ilə tanışıq, bəzi məsələlərlə razı deyilik" - Kamran Əliyev