"Türkiyəyə dəstək vəd edirik” - ABŞ-dan İstanbuldakı terrora reaksiya

img

13-01-2016 [09:54]


"ABŞ terror hücumları qarşısında Türkiyənin yanındadır və terrorla mübarizədə Ankaranı dəstəkləməkdə davam edir". 

Musavat.com-un məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays İstanbulda bu gün törədilən terror aktı ilə bağlı bəyanatında bildirib.

"Biz NATO üzrə müttəfiq, möhkəm tərəfdaş və İŞİD əleyhinə koalisiyanın qiymətli üzvü kimi Türkiyəni hücumlar qarşısında müdafiə edirik. Biz davam edən əməkdaşlıq çərçivəsində Türkiyəyə dəstək və terrorizmlə mübarizədə ona kömək vəd edirik” – Ağ Ev rəsmisi qeyd edib

O, terroru "əclaf akt” adlandırıb və həlak olanların ailələrinə başsağlığı verib.

Xatırladaq ki, İstanbulun mərkəzində Suriyadan olan İŞİD-çi kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Həlak olanların əksəriyyəti Almaniyadan olan turistlərdir.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA