26-12-2015 [14:25]
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı regional KİV-in maarifləndirilməsi” layihəsi çərçivəsində bu gün Yevlaxda keçirilmiş konfransda məruzə ilə çıxış edib.
Ə.Amaşov bildirib ki, Azərbaycanda demokratik dövlət quruculuğu prosesinin mühüm istiqamətlərindən biri də informasiyalı cəmiyyətin yaradılmasıdır. İnformasiyalı cəmiyyətin yaradılmasına verilən önəm ilk növbədə Azərbaycan Respublikasının 1995-ci il konstitusiyasında əksini tapıb. "İnformasiya əldə etmək haqqında” qanun da Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirmək məqsədi daşıyır. Həmçinin qanuna əsasən ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaq da ön plandadır”, - deyə o əlavə edib.
Deputat «İnformasiya əldə etmək haqqında» Qanunu özündə informasiya əldə edilməsi prosesinin bu qanunun qəbulunadək olan məsələlərini istər təcrübi, istərsə də nəzəri baxımdan daha təkmil birləşdirən sənəd kimi dəyərləndirib. Eyni zamanda qanunun beynəlxalq standartlara tam cavab verdiyini önə çəkib: "Hesab edirəm ki, biz bu qanundan söz açarkən öncə informasiya əldə etmək azadlığı məsələsinə diqqət yetirməliyik. Bəli, qanunda da qeyd edilir ki, ölkəmizdə informasiyanın əldə edilməsi azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Düşünürəm ki, qanunun qəbulundan ötən müddətdə mövcud istiqamətdə kifayət qədər irəliləyiş əldə olunub. Bu irəliləyişin əldə edilməsi isə təkcə media fəaliyyəti baxımdan önəmli deyil. Nəzərə alaq ki, «İnformasiya əldə etmək haqqında» qanun ümumən cəmiyyətin informasiya tələbatının ödənilməsinə xidmət edir”.
Ə.Amaşov qanunda informasiya əldə edilməsinin prinsipilərinin yetərincə əhatəli təsvir edilməsinə diqqət çəkib. Bu baxımdan informasiya sorğusunun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təminatı, informasiyanın əldə olunmasının qanuniliyi, informasiyanın maksimum açıqlığı, informasiya sorğusunun ən qısa zamanda və ən münasib üsulla təmin edilməsi, informasiya təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması məsələlərini vurğulayıb.
MŞ sədri çıxışında həmçinin informasiya təqdim olunarkən insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması məsələlərinə diqqət yönəldib. O bildirib ki, istər ötən ilin avqustunda cəbhədə atəşkəsin geniş miqyaslı pozulması yaşananda, istərsə də bu il "MTN işi” ilə bağlı bu məsələyə kifayət qədər həssas yanaşılmadığı nəzərə çarpdı. "Nəticə etibarilə ortaya daha bir zərurət çıxdı. Bu zərurət informasiya təhlükəsizliyi məsələsinə xüsusi yanaşılmasından ibarətdir. Bildiyiniz kimi, Azərbaycanda Milli Təhlükəsizlik Konsepsiyası və "Milli təhlükəsizlik haqqında” Qanun var. Lakin bu qanunlarda informasiya təhlükəsizliyi məsələsinə ümumi yanaşılır. Halbuki informasiya təhlükəsizliyinin təminatındakı metodlar fərqlidir. Düşünürəm ki, bizlər ictimaiyyət olaraq mövcud istiqamətdə daha fundamental yanaşmanın əldə olunmasına töhfə verə bilərik. Bunun üçünsə düşünürəm ki, informasiya təhlükəsizliyi ilə bağlı konsepsiyanın qəbuluna ehtiyac var”, - deyə Ə.Amaşov vurğulayıb.
Çıxışında informasiya sahiblərinin məsuliyyəti məsələsinə də toxunan Ə.Amaşov bu baxımdan «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanundan söz açıb, 2011-ci ildə qəbul edilmiş həmin qanunun 1.3-cü maddəsi üzərində dayanıb. "Bu maddədə göstərilir ki, müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir. Hesab edirəm ki, bu məqama xüsusi diqqət yetirmək lazımdır. Mövcud istiqamətdə əməli tədbirlərin görülməsinin vaxtı çatıb. Biz müxtəlif ictimai təşkilatların dövlət qurumlarının informasiyalılıq dərəcəsini müəyyənləşdirmək üçün monitorinqlər keçirdiklərinin, reytinq cədvəlləri açıqladıqlarının şahidi oluruq. Əlbəttə, bütün bunlar informasiyalı cəmiyyət quruculuğuna çox mühüm töhfələrdir. Mətbuat Şurası da mövcud istiqamətdə çoxsaylı tədbirlər reallaşdırıb və düşünürəm ki, bir sıra uğurlu nəticələr göz önündədir. Artıq əksər dövlət qurumlarının internet resursları tələblər çərçivəsindədir. Ancaq bununla belə problemlər də qalmaqdadır və bu bizi düşündürməlidir. İnanıram ki, bu istiqamətdəki işlərin intensiv məcraya qədəm qoyması, daha sistemli şəkil alması üçün Ombudsman tərəfindən daha tutarlı tədbirlər gerçəkləşdiriləcək”, - deyən Ə.Amaşov fikrini tamamlayıb.
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasından oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacısı" vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavini döyüldü - Səbəb + Təfərrüat