24-12-2015 [19:08]
Bu gün "Azadlıq” qəzetinin 26 yaşı tamam olur.
Qəzetin redaktoru Rövşən Hacıbəyli təmsil olunduğu mətbuat orqanının yaranma tarixi və ötən illərdəki fəaliyyəti ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.
O deyib ki, 26 illik uzun bir yol gələn "Azadlıq”ı Azərbaycan gəncinin qəzeti kimi təsəvvür edir. Rövşən Hacıbəylinin sözlərinə görə, qəzetdə indi maliyyə böhranı yaşanır, ofis problemi mövcuddur: "Bilirsiniz ki, heç bir maddi imkanımız yoxdur. "Azadlıq” az qala hər gün intihar barədə düşünür. Qəzetimizdə təxminən belə bir vəziyyətdir”.
Redaktor bildirib ki, "Azadlıq” yarandığı gündən bu yana xəttində heç bir dəyişiklik etməyib: "Bizim bir xəttimiz var, onunla da gedirik. Amma indi onu da deyə bilmərəm ki, böyük irəliləyiş əldə etmişik. Əsas odur ki, "Azadlıq” yolundan sapmayıb və bu yaşa qədər gəlib çıxıb. Güman edirəm ki, bundan sonra da nə qədər ömrü var, tutduğu yola sadiq qalacaq”.
Rövşən Hacıbəyli onu da əlavə edib ki, bu gün "Azadlıq”ın əməkdaşları arasında xoş əhval-ruhiyyə olmasını demək də düzgün olmazdı: "Maliyyə böhranımız var. Desəm ki, bütün əməkdaşlarımız xoş ovqata köklənib, yalan olar. Kimsə desə ki, "Azadlıq”ın işçilərində xoş ovqat var, o adam səmimi deyil. Çünki hər şey maliyyəyə bağlıdır. İnsanların dolanışıqları qaydasında deyilsə, vaxtlı-vaxtında maaş ala bilmirlərsə, bu, əhval-ruhiyyəyə yaxşı təsir etməyəcək. Amma buna baxmayaraq, bütün əməkdaşlarımız var gücü ilə işləyir. Nəyinsə xatirinə dözürlər, işləyirlər”.
O, qəzetin indiki vəziyyətdən çıxması üçün yollar axtarıldığını da vurğulayıb: "Biz həmişə çıxış yolları axtarmışıq. "Azadlıq” yarandığı gündən demək olar ki, həmişə çətinlikdə olub. "Azadlıq”ın xoş günləri az olub. Çünki həmişə basqı altında qalıb - istər yarandığı vaxtlarda, istər AXC hakimiyyəti dövründə, istərsə də indi.
AXC hakimiyyəti zamanı bəziləri "Azadlıq”ı iqtidar qəzeti adlandırırdı. Halbuki, "Azadlıq” AXC hakimiyyəti illərində də iqtidara müxalifətdə olub. Yada salmaq istəyirəm ki, AXC hakimiyyəti zamanı nəşriyyata borcuna görə "Azadlıq”ın çapına icazə vermədilər. Bu, necə iqtidar qəzeti ola bilərdi?! Dediyim odur ki, "Azadlıq” həmişə müxalifətdə olub. Müəyyən şeylər də olub, onu gizlətmək mümkün deyil. Məsələn, yüngülvarı da olsa, bir az mövqe dəyişiklikləri baş verib. Amma bu, onun sadiqliyini kölgə altına ala bilməz. Biz bir yola sadiq qalmışıq”.
Mia.az kollektivi adından "Azadlıq” qəzetini 26 yaşı münasibəti ilə təbrik edirik! Yolunuz açıq, ömrünüz uzun olsun!
Ruben Vardanyan Bakıda məhkəmədə - Erməni milyonçu Füzulinin şeirini və Hüseyn Cavidin poemasından oxudu
Qurban Qurbanov: "Futboolçuları ələ almaq, əldə saxlamaq asan deyil"
Agentlik sədrinə birinci müavin və müavinlər təyin edildi - Onlar kimdir? + FOTOLAR
Aqrar Sığorta Fondu satınalma haqqında qanunu pozub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
MƏHKƏMƏ RAMİZ MEHDİYEVLƏ BAĞLI QƏRAR VERDİ
"Şamaxı" "Qarabağ"a uduzub
Daha bir qanuna dəyişiklik edilib
"Sülhün əldə edilməsi yalnız ilk addımdır və..." - ABŞ vitse-prezidenti Bakıya gəlir
"Cərrahpaşalı Halit"in "bacısı" vəfat edib
"Beşiktaş" Vatslav Çerni ilə bağlı açıqlama yaydı
Hava limanənda 27 ədəf xəz dəri məmulatları aşkarlanıb
YENİ NAZİR KİMDİR? - Maraqlı məlumatlar
Prezident İlham Əliyev Qanunu təsdiqləyib
Allahşükür Paşazadə Roma Papası Azərbaycana dəvət edib
NAZİR MÜAVİNİ NAZİR TƏYİN OLUNDU - Sərəncam
Polkovnik Rasim İldırımzadəyə 12 il cəza istənildi
YENİ KOMİTƏ SƏDRİ ŞƏHİD ÖVLADIYMIŞ...
YENİ SƏDRİ SALEH MƏMMƏDOVUN QUDASINI YOLA SALDI: təyinat oldu - AAYDA-da ilk dəyişiklik + FOTO
Fəzail Ağamalı dəfn edildi - FOTOLAR (Yenilənib)
İsrail hərbçiləri jurnalisti həbs edib
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
PREZİDENT AGENTLİK RƏHBƏRİNİ KOMİTƏ SƏDRİ TƏYİN ETDİ - Sərəncam
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavini döyüldü - Səbəb + Təfərrüat