Türk-rus savaşında "kilid nöqtə" haqda açıqlama: ""Qara qutu"nu oxumaq mümkün deyil"

img

21-12-2015 [22:51]


"Su-24 qırıcısının böyük hissəsi zərər görüb. Bu səbəbdən daxildəki məlumatların deşifrə edilməsi uzun zaman alacaq".

Bu sözləri Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Sergey Baynetov deyib.

O bildirib ki, qara qutudakı məlumatların deşifrə edilməsi üçün ABŞ, Çin və İngiltərədən olan mütəxəssislər çalışırlar: "Ciddi zədələnmə səbəbindən qara qutudakı məlumatların oxunması mümkün olmayıb, 16 səs yazısından 13-ü sıradan çıxıb. Bunlardan da yalnız birinin yaxşı vəziyyətdə olduğunu düşünürük”.

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA